İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şəkərim qəflətən düşmüşdü, amma bu gün özümü nisbətən yaxşı hiss edirəm”

1025 15.07.2013 19:31 Mədəniyyət A A
Bu barədə APA-ya açıqlama verən bəstəkar bildirib ki, bu gün özünü nisbətən yaxşı hiss edir:
 
“Səhər şəkərim düşmüşdü, yenə özümü pis hiss etdim. Amma həkimlər sağ olsunlar, əlac elədilər, indi normallaşmışam. Bilmirəm, bu xəstəlik haradan gəldi. Xəstəxanada yaman darıxıram. Burada kim darıxmaz ki?  İndi xəstəxananın reanimasiya şöbəsindəyəm. Bacım Rəfiqədən başqa yanıma heç kimi buraxmırlar. Yenə o başımı qarışdırır, qoymur darıxmağa. Çox adama xəstə olduğumu deməmişik deyə, adamların xəbəri yoxdu. Amma Gülyanaq, Gülyaz  yanıma gəlmişdilər”
 
Bəstəkar reanimasiya şöbəsindən palataya nə zaman köçürüləcəyini bilmir: “Həkimlə bu haqda danışmamışıq. Burada nə qədər yatacam, yaxud evə nə vaxt buraxacaqlar, hələlik bu barədə heç nə deyə bilmərəm. Müalicəm davam edir, həkimlər də, tibb bacıları da sağalmağım üçün əllərindən gələni əsirgəmirlər”.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR