İnsanlara hürriyət, millətlərə istiqlal!

Səidədən Hissə etiraz: “Çini çaydan” birinciliyə daha çox layiq idi

711 14.01.2025 12:19 Şou-biznes A A

Ötən gün 106.3 FM radiosunun təşkil etdiyi tədbirdə müğənni Hissin “Best” mahnısını “İlin mahnısı” nominasiyasında qalib elan etməsinə Səidə Sultan etiraz edib.

Musavat.com xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə paylaşım edib:

“Dünən möhtəşəm xalq konsertində oldum. 106.3 FM “İlin mahnısı” mükafatını verdi. Sizcə, nə qədər doğrudur ki, il ərzində 1,8 mln olan mahnı “ilin mahnısı” adına layiq olsun? Əslinə qalsa, “İlin mahnısı” adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin:

Elə biri “S.O.S”. Tutaq ki, Aygünə mükafatı vermək istəmədiz, o zaman Röyanın “Zülmətəm”i necə oldu?! Bunu da görməzdən gəldiniz.

Roza Zərgərlinin “İstədim”, mənim “Əydi qəddimi”, Günay İbrahimlinin “Mən beləyəm” mahnılarını da görmədiz?!

Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiz?! Əgər mahnının il ərzində dinlənmə sayına görə seçirsizsə, “Çini çaydan” mahnısı seçdiyiniz mahnıdan daha çox layiq idi. Fikrimlə yəqin ki, razısız…”

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR