İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhriyar və Teymur bir-birinə rəqib oldu - Dünya kuboku

608 20.09.2019 16:03 İdman A A

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin 1/8 final mərhələsinin görüşləri keçiriləcək.

Qol.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gələcəklər.

Qeyd edək ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

Turnir oktyabrın 4-də başa çatacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR