İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyində Pfizer şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

512 17.07.2023 14:05 Səhiyyə A A

Səhiyyə nazirliyində Pfizer şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Musavat.com-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyasının ən sərt vaxtlarında ölkəmizdə 4 tanınmış vaksin şirkətlərinin peyvəndləri tətbiq olunub. Bunlardan biri də məhz “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer-BioNTech vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib. Teymur Musayev həmçinin, ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin də Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə də səhiyyə nazirliyinin hazır olduğunu bildirdi.

Öz növbəsində Pfizer şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkov bildirdi ki, Azərbaycan COVID-19 pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Belə ki, Azərbaycan Hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Görüşdə Pfizer şirkəti ilə Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

sehiyye_170723_2.jpg (136 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR