Səhiyyə Nazirliyi: Şirvandakı partlayışda yaralanan 3 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir
Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına indiyədək 24 nəfər müraciət edib.
Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb: "Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Bu şəxslərdən 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, 7 nəfərin vəziyyəti isə yüngüldür".






