Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.
Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, qəza zamanı xəsarət alan 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb.
Qeyd olunub ki, onların vəziyyətləri normaldır: “Ambulator müalicəyə buraxılıblar”.
***
Səhiyyə Nazirliyi Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alanların durumunu açıqlayıb.
Nazirlikdən “Report”a verilən məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı - 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti ağırdır.
Hadisə nəticəsində 38 yaşlı kişinin sol qolu sıyrılıb. 33 yaşlı kişi isə sol çiyinindən və sol baldırından travma alıb. Hər iki şəxsə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.






