İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin vəziyyətini açıqlayıb (Fotolar)

2321 28.12.2013 11:52 Son xəbər A A
Səhiyyə Nazirliyi özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun son durumu ilə bağlı açıqlama verib.

Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya bildirib ki, xəstənin yaraları periodik olaraq işlənir, şok əleyhinə terapiya aparılır: “Həyatı vacib orqanlarının normal fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Xəstə hazırda reanimasiyadadır, səhhəti ağır-stabil olaraq qalır”.
 
5 saylı xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, xəstənin müalicəsi istiqamətində bütün lazım olan addımlar atılır: “Zaur Həsənov daim həkim nəzarətindədir, həkim briqadası əlindən gələni edir. Onun müalicəsi 14-24 günə qədər davam edə bilər”.

Dekabrın 28-də səhər saatlarından xəstəxananın qarşısına onlarla Qarabağ qazisi toplanıb. Onlar özünü yandırmış döyüşçünün vəziyyətindən narahat olduqlarını bildiriblər. Ərazidə isə onlarla polis keşik çəkir, xəstəxananın qarşısında bir neçə polis maşını dayanıb.

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.

Röya RƏFİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR