İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi: Avtobus qəzasında yaralananlardan ikisi reanimasiyaya yerləşdirilib

878 24.02.2016 11:51 Son xəbər A A

Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılardan ikisi reanimasiyaya yerləşdirilib. Digər iki xəstə isə travmatologiya şöbəsindədir. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, digər yaralıların vəziyyəti isə orta-ağır olaraq qalır. 
Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR