İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə nazirinin müavini: "İctimai nəqliyyatda çox böyük sıxlıq olur"

601 24.04.2020 20:07 Gündəm A A

"İctimai nəqliyyatda çox böyük sıxlıq olur, koronavirus da hava-damcı yolu ilə yayılan infeksiyadır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. O deyib ki, ona görə yerüstü nəqliyyata daha çox üstünlük verilir: "Yəqin ki, metronun da açılışı məsələsinə baxılacaq".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı təlimatlar hazırdır, bütün müvafiq təşkilatlara veriləcək: "Tibbi qaydalara əməl edilməlidir. Bu təlimatlar da sərnişin sıxlığının aradan qaldırılmasına səbəb olacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR