İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə naziri: "Əhalinin sağlamlıq göstəricilərində irəliləyişlər hiss olunur"

573 28.09.2023 12:50 Səhiyyə A A

"Bu gün Azərbaycanda istər dövlət, istərsə də özəl səhiyyə sektoru bir-biri ilə tamamlayıcı rol oynayır. Qəbul edilən "Dövlət və özəl tərəfdaşlıq haqqında" qanun bu sahədə yeni əməkdaşlıq imkanlarını təmin edib. Bu yaxınlarda həmin məsələ ilə əlaqəli qaydalar işlənib aidiyyəti üzrə təqdim olunacaq".

Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev yenilənmiş "Xidmətlər Zərfi"nin təqdimatında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, bu da ölkədə icbari tibbi sığorta üçün böyük və misilsiz imkanlar yaradacaq: "Əhalinin sağlamlıq göstəricilərində son illərdə irəliləyişlər hiss olunur. Əgər bugünkü gedişat davam etsə, yaxın illərdə peşəkar həkimlərin də iştirakı ilə gələcəkdə ölkədə daha sağlam nəsillər formalaşacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR