İnsanlara hürriyət, millətlərə istiqlal!

“ŞƏHİDLƏR XİYABANINDA DA NAMƏLUM ƏSGƏR QƏBİRLƏRİ VAR”

2318 21.04.2012 09:44 Ölkə A A
O qeyd edib ki, bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Səhiyyə Nazirliyinə müraciət edib: “Bu, çox ciddi, həssas, müstəsna əhəmiyyətli məsələdir. Bu hadisələrdən 20 ildən çox vaxt keçir. Artıq həmin şəhidlərin, itkinlərin yaxınları belə dünyalarını dəyişirlər. Ona görə də, onlar sağ ikən istinad nümunəsi kimi qan nümunələri götürülməlidir ki, gələcəkdə bu prosesə başlayanda identifikasiya aparılsın, qohumluq əlaqələri müəyyən edilsin”.
Baş direktor bildirib ki, Qarabağ müharibəsi zamanı yaranan naməlum məzarların əksəriyyətinin yeri müəyyən olunub: “Bu yerlərin böyük əksəriyyəti döyüş əməliyyatlarının intensiv getdiyi ərazilərdədir. Amma Bakının Şəhidlər Xiyabanında da naməlum əsgərlərin qəbirləri var. BQXK-dan əlavə, dövlətin aidiyyəti qurumları da bu işə çox ciddi hazırlaşır. Demək olar ki, bir sıra qurumlar artıq bu işə hazırdır. Amma bu, çox vaxt tələb edən məsələdir. Bir-iki ilə bu prosesi başa çatdırmaq mümkün deyil. Sadəcə, proses kütləvi formaya keçəndə gərək maddi-texniki baza daha da güclənsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR