Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Xəlilov Elşən Vüqar oğlu bu gün doğulduğu Gədəbəy rayonunun İnəkboğan kəndinin İnzibati Ərazi Dairəsinə daxil olan Qasımlı kəndində dəfn olunub.
Dəfn mərasimində rayon rəhbərliyi və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.






