İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid məzarında icra başçısının başına işçiləri çətir tutur – cəzalanacaqmı?– Tural Abbaslı ilə “Canlı debat”

853 02.11.2021 11:47 Gündəm A A

İcra başçılarının pulu kəsilir-bəs, rayonları necə dolandıracaqlar?

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.

Gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb.

“Yeni Müsavat” xatırladır ki, rayonların özünü maliyyələşdirməsi, xarici investisiyanın cəlb edilməsi ilə bağlı hələ bir neçə il əvvəl Prezident İlham Əliyev yerli icra başçılarının qarşısında vəzifə qoymuşdu. “Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər” deyə, Prezident son müşavirələrin birində demişdi.

Bəs belə bir vəziyyətdə icra başçıları rayonlar özlərini maliyyələşdirmək üçün vəsaiti hardan alacaq?

“Sülhməramlılar Qarabağda 2030-cu ilə qədər qalacaq” iddiası-arzu, yoxsa gerçəklik?

Ölüm hökmünün bərpası gündəmə gəlir-hüququ əngəllər nədir?

Bəzi məmurlar özlərini yekəxana aparır-səbəb nədir?

Qubadlı rayon İcra Hakimyyətinin başçısı Malik İsaqov özünə “çətirtutan” işçi götürüb. Məsələ ondadır ki, Vətən müharibəsi şəhidinin məzarı önündə işçiləri icra başçısının üzərində çətir tutub. Onun bu addımı ictimaiyyətin müzakirə obyektinə çevrilib və kəskin tənqid olunub. Qeyd edilir ki, dövlət başçısı özü çətirini daşıyır, amma yerli icra hakimiyyətinin başçıları yağışlı havada tədbirə gedəndə kimsə onlara çətir tutmalıdır. Nədir buna səbəb?

Xalq yazıçısı Çingiz Abdullayevin birinci Qarabağ savaşı barədə dedikləri və cəmiyyətdə ona edilən etiraza verdiyi cavab da gündəmin əsas müzakirə mövzusudur.

Ermənistanın Baş Naziri Nikol Paşinyan Polis rəisinin müavini Ara Fidanyanı İstanbula ezam edib.
Müvafiq məlumat hüquq-informasiya portalında dərc edilib.

Fidanyan noyabrın 21-dən 26-dək Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 86-cı sessiyasında iştirak edəcək.

Bunlar və cəmiyyətdə müzakirə olunan digər mövzuları bu gün saat 12.00-də Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR