İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid kapitanın qızı hər kəsi göz yaşına boğdu - VİDEO

9759 09.05.2016 17:36 Son xəbər A A

Bugün İmişli rayonunun Göbəktala kəndində şəhid kapitan Nəcməddin Akif oğlu Savalanov son mənzilə yola salınıb. 

Avropa.info xəbər verir  ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kapitan Savalanov Nəcməddin Akif oğlu sağlığında "igidliyə görə" medalı ilə təltif olunmuşdu. 

Şəhid kapitan Savalanov Nəcməddin aprelin 2-də Lələ Təpə yüksəkliyini düşməndən azad olunması əməliyyatında yaralanmışdı. Mayın 8-i  isə Bakı Hərbi Hospitalında vəfat edib.

Dəfn mərasimində şəhid kapitanın azyaşlı qızının atasının nəşi önündə bayraq haqda şeir söyləməsi Nəcməddin Savalanovu son mənzilə uğurlayanları göz yaşlarına boğub... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR