İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Elşən Məmmədov dəfn edildi (Yenilənib) FOTOLAR, VİDEO

12508 21.09.2020 16:49 Son xəbər A A

Sentyabrın 20-i axşam saatlarından etibarən cəbhə bölgəsində gərginlik başlayıb.

Dünən saat 23 radələrində ermənilərin hərbi Pilotsuz Uçuş Aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.

Bu gün səhər saatlarında Tovuzun Əlibəyli istiqamətində Azərbaycan ordusunun kiçik çavuşu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Musavat.com-un Tovuza ezam olunan reportyorları xəbər verir ki, günorta saatlarında şəhidimizin nəşi Qaziqulu kəndindəki evinə gətirilib. Şəhidimizin evi önündə böyük izdiham yaşanıb. 

Daha sonra isə şəhid Elşən Məmmədovun nəşi dəfn edilməsi üçün məzarlığa aparılıb. Şəhidimizin dəfnində də böyük izdiham yaşanıb. Hərbiçilərimiz, vətəndaşlarımız şəhidimizin nəşini 5 kilometrdən çox məsafədə çiyinlərində daşıyıblar. Elşən Məmmədov onların da iştirakı ilə  torpağa tapşırılıb.  

Mərasimdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, könüllülər batalyonun keçmiş komandirlərindən Etibar Əmiraslanov da iştirak ediblər. 

İlkin Muradov
Foto: Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR