İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid anası ona verilən 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı

1733 07.12.2020 13:25 Son xəbər A A

Azərbaycanda şəhid ailəsi dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Musavat.com xəbər verir ki, Vətən müharibəsində şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini, şəhid Zülfüqarov Məlik Kamran oğlunun ailəsinə 10 min manat məbləğində birdəfəlik yardım ayrılıb.

Şəhidin anası həmin vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb

Qeyd edək ki, 19 yaşlı M.Zülfüqarov Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR