ŞƏHƏRİN MƏRKƏZİNDƏ QƏZET SATIŞINA QADAĞA DAVAM EDİR
“Xeyli müddətdir ki, səyyar qəzet satanlar polis təqibi ilə rastlaşırlar. Əvvəl şəhərin mərkəzində qəzet satmağa qoymurdular. Lakin son 2-3 gündə polis paytaxtın ayrı-ayrı rayonlarında səyyar qəzet satanları təqib edir, onları saxlayaraq bölməyə aparıb, cərimələyir”. Bu sözlərin müəllifi, səyyar qəzet satan Həmid deyir ki, bu gündən (dünən-red) Nərimanov rayonu ərazisində də qəzetlərin əl yayımına əngəllər yaradılır: “Çevik Polis Alayının əməkdaşları səlahiyyətlərini aşaraq qəzet satanları təhqir edir, ərazidən uzaqlaşdıraraq satışa mane olmağa çalışırlar. Daxili İşlər Nazirliyinin rəsmiləri deyirlər ki, guya problem aradan qalxıb. Amma görünür onlara da səhv məlumat verilir. Məsələn, bu gün məni saxlayan polislərdən birinə həmin açıqlamanı göstərdim. Dedi ki, biz göstərişi rəisimizdən alırıq. Mən də prezidentin 50 saylı sərəncamını ona göstərdim və dedim ki, mən də göstərişi ölkə başçısından alıram”.
“Şərq” və “Yaşıl” bazarların ətrafında qəzet satan İbrahim isə bildirdi ki, qəzet rəhbərləri yenidən Daxili İşlər Nazirliyinə müraciət ünvanlamalıdırlar: “Nazir Ramil Usubov KİV rəhbərləri ilə görüşərkən polis rəhbərliyinə metroların çıxışlarında, şəhərin müəyyən nöqtələrində, dükanlarda, qapalı yerlərdə qəzet satışına mane hallarına yol verilməməsi, belə hallar olubsa, aradan qaldırılması barədə göstəriş verəcəyini deyib. O, səyyar satışla bağlı görülən bəzi işlərin də sırf şəhərin gözəlləşməsinə xidmət etdiyini, qətiyyən qəzetlərə ziyan vermək məqsədi güdmədiyini xüsusi vurğulayıb. Ancaq nazirin bu tapşırığına ayrı-ayrı rayonların polis rəisləri əməl etmir. Bu gün (dünən - F.İ) bir dənə də olsun qəzet sata bilməmişəm. Biz əsasən əl yayımı ilə məşğul oluruq. Qəzetin 60-70 faizi əl yayımı vasitəsilə paylanılır. Polisin qanunsuz əməlləri həm bizə, həm də redaksiyalara böyük zərbə vuracaq. Ortaq bir çıxış yolu tapılmalıdır. Belə olmaz”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlamasında deyib ki, qəzet satışına qadağanın qoyulması ilə bağlı yaranan problem artıq həll edilib. Onun sözlərinə görə, səyyar qəzet satışı ilə məşğul olan şəxslər öz fəaliyyətlərini davam etdirirlər.