İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə terror hücumundan 5 ay ötür - “yük” isə hələ də köhnə yerində...

430 24.06.2023 13:16 Gündəm A A

Rəsmi Tehran Azərbaycana qarşı düşmənçilik siyasətindən niyə əl çəkə bilmir - rəylər

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumundan 5 ay ötür. Əfsus ki, İran tərəfi hücum edən cinayətkar-qatili Yasin Hüseynzadəni “dəlixanaya” salmaqla işini bitmiş hesab edib. Halbuki çox ciddi, iki ölkə diplomatik münasibətlərini sıfırlayan kriminal bir hadisə baş verib.      

Azərbaycanın ədalətli şərti isə qüvvəsində qalır. Rəsmi Bakı bunu dəfələrlə, ən yüksək səviyyələrdə bəyan edib: bir günahsız insanın ölümünə səbəb olmuş terror aktı obyektiv araşdırılmalı, günahkarlar layiqli cəzalarını almalı, rəsmi Tehran Azərbaycanın diplomatik nümayəndəliklərinə təhlükəsizlik zəmanəti verməlidir.

Hələ ki bunların heç biri yoxdur. Əksinə, Azərbaycan vətəndaşı Fərid Səfərlinin oğurlanması və ardınca onun başına gətirilənlər molla rejiminin elementar qonşuluq münasibətlərində “qırmızı xətləri” tapdamağa davam etdiyini göstərdi.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran son zamanlar bir sıra ölkələrlə münasibətləri normallaşdırmağa çalışır. O, İran rəsmilərinin açıqlamalarına diqqət çəkərək qeyd etdi ki, Səudiyyə Ərəbistanının əleyhinə bir kəlmə də deyilmir: “Misirlə də, hətta düşmən hesab etdikləri ABŞ-la da münasibətləri normallaşdırmaq istəyirlər. Lakin qonşu Azərbaycana qarşı təxribatlar ara vermir. Ölkəmizlə münasibətlərin düzəlməsi üçün ilk növbədə saxta ittihamlarla həbs olunan tələbəmiz dərhal azad edilməlidir. İkinci şərtimiz səfirliyimizə edilən hücumla bağlı araşdırma aparılmasıdır. Azərbaycanlı tələbəni casus adlandırırlar, lakin Almaniyada oxuyan gənc, sadəcə, tələyə salınıb. Mütəmadi telefon danışıqları olur, hökumətlərarası komissiyanın sədrləri arasında telefon əlaqəsi olub, amma bu, münasibətlərin normallaşmasına təkan verə bilməz”.

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Mətin Məmmədli 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli mövzunu belə şərh etdi: “İranın Azərbaycana qarşı münasibəti diplomatik normaların kobud şəkildə pozulmasıdır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bir çox problem yaranıb. İran bölgədə formalaşan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. İran Azərbaycana qarşı məkrli siyasətini tam gücü ilə həyata keçirir. Səfirliyimizə edilən hücumla iki ölkə arasında münasibətlər daha da korlandı. "Qırmızı xətlər" o qədər keçilib ki, bunu qısa zamanda unutmaq mümkün deyil. Münasibətlərin normallaşması üçün terror aktı obyektiv araşdırılmalıdır. O cümlədən İranın siyasi, hərbi rəhbərliyi ölkəmizin ərazi bütövlüyü, müstəqilliyimizə qarşı istiqamətlənmiş açıqlamalardan çəkinməlidirlər. İran regionda cərəyan edən proseslərə neqativ təsir göstərməməlidir. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı yenidən işğalçılıq planlarını həyata keçirmək üçün təhrik etməməlidir".

Oxu.az - Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə  edib? – SİYAHI

Fəzail Ağamalı 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında İranın Azərbaycana qarşı münasibətinin düzələcəyinə ümid etmədiyini bildirdi. Millət vəkilinin fikrincə, Azərbaycana qarşı düşmənçilik davam edəcək: “İran-fars molla rejimi süquta uğramayana, orada müstəqil Azərbaycan dövləti yaranmayana qədər normal münasibətlər qurulmayacaq. Bu, tarixin obyektiv qanunauyğunluqlarına söykənən nəticədir. Bu cür rejimlər uzun müddət yaşaya bilməz. Tarix bu cür rejimləri təbii surətdə silir. Bu proses artıq gedir. Rejim varlığını qoruyub saxlamaq üçün Azərbaycana qarşı ona görə düşmənçilik edir ki, zəif olmağımızı istəyir. Daim münaqişələrin içində yer almağımız inkişaf etməyimizə mane ola, daha güclü dövlətə çevrilməyimizə əngəl törədə bilər.

Bizim güclü olmağımız güneyli soydaşlarımızın milli azadlıq hərəkatını stimullaşdırır. Azərbaycan münasibətlərin normallaşmasını gözləyir. Bizim hər hansı addım atmağımıza ehtiyac yoxdur. Səfirliyimizə hücum edən, səfirliyin əməkdaşını şəhid edən, Fazil Mustafaya hücum edənlər də İran rejimidir. Müxtəlif adlar altında şəbəkəni genişləndirib dövlətimizə qarşı problemlər yaradırlar. İndiki rejimin fəaliyyəti dövründə bu mövqeyin tamamilə aradan qaldırılması mümkün deyil".  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR