İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirdən şok: böyük sülh sazişi masada, ermənilərə pasport verilir - Polkovnik Üzeyir Cəfərovla CANLI-da

1422 13.10.2021 14:51 Gündəm A A

ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa dair böyük sülh razılaşması üzərində işləyirlər. Bu haqda Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Ann Luyo bildirib.

Səfir təfərrüatları açıqlamayıb, amma deyib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağa dair uzunmüddətli razılaşmanın əldə edilməsi üzərində işi davam etdirir.

Azərbaycan dəfələrlə Ermənistanı böyük sülh razılaşması üzərində işə başlamağa çağırıb. Bu proses sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqları da özündə ehtiva etməlidir. Lakin Bakı Qarabağa dair hər hansı status müzakirələrinin olmayacağını dəfələrlə qəti şəkildə bəyan edib.

Səfirin sözlərinə inansaq, yaxın aylarda böyük sülh sazişi bağlana bilərmi? Polkovnik Üzeyir Cəfərovla bu gün canlı efirimizə sülh müqaviləsi gözləntisindən başlayacağıq.

Qarabağdakı Azərbaycan vətəndaşı olan erməni əhaliyə Azərbaycan pasportu da verilə bilər. Bununla bağlı prezident İlham Əliyevin sərəncamı gözlənilir. Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşaması proqramı imzalana bilər. Bunu Azadlıq Radiosu-na deputat Zahid Oruc bildirib. Bunun ardınca referendumun da keçirilə biləcəyi ehtimalları var. Tərəflər böyük sülhə hazırlaşır. Bu sülhə başqa nələr daxildir?

Böyük Zəfərimizin ildönümünə isə sayılı həftələr qalıb. Biz düşməni yendik, amma mina sahələrinə hələ “qalib gələ” bilməmişik. Bizə daha neçə il lazım olacaq?

Eyni zamanda İranla olan gərginlik müzakirə masamızda olacaq. İran hələ də Xəzərin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya etməyib. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov da Moskvada iranlı həmkarı Hüseyn Abdollahiyana irad olaraq bildirmişdi. Tehran niyə ratifikasiya eləmir?

İranın artan təhdidləri və ərazilərimizdə guya İsrail ordusunun, terrorçuların olması haqda uydurma ittihamları belə deməyə əsas verir ki, cənub qonşu hərbi aqressiya göstərmək fikrinə də düşə bilər. Amma Azərbaycanın əlində qızıldan qiymətli bir sənəd var - Şuşa bəyannaməsi. Bu bəyannamə işə düşə bilərmi?

Bu arada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub. Bu telefon danışığı iki ölkə arasında yaranmış gərginliyin azalmasına kömək edəcəkmi?

TVMusavat-ın efirində polkovnik Üzeyir Cəfərovla bu məsələləri danışdıq. İzləyin:

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR