İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: "İsrail dövləti Azərbaycanın münaqişə ilə bağlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir"

579 04.05.2017 21:42 Siyasət A A

"Azərbaycanla İsrail arasında əlaqələr əladır və mən bunu tam səmimi deyirəm."

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Səfir bildirib ki, iki ölkə və insanları arasında əlaqələrin intensifikasiyası mühümdür: "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrıseçkiliyə məruz qalmayıblar və cəmiyyətin bir hissəsi kimi yaşayırlar."

Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir bildirib ki, öz təcrübəmizə əsaslanaraq, bütün siyasi münaqişələr sülh yolu ilə həllini tapmalıdır. Diplomat əlavə edib ki, İsrail dövləti Azərbaycanın münaqişə ilə bağlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir: "Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini də dəstəkləyirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR