İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şəfiqə Məmmədova Teatr Xadimləri İttifaqının keçirdiyi konfransın nümayəndəsi deyi" - AKİ-nin sözçüsü

798 22.10.2019 16:45 Mədəniyyət A A
 

 

 

Xəbər verdiyimiz kimi bu gün Teatr Xadimləri İttifaqının növbəti konfransı keçirilib, xalq artisti Azərpaşa Nemətov yenidən quruma sədr seçilib. Tədbirdə bir çox qurumun nümayəndələri, o cümlədən bir sıra tanınmış mədəniyyət xadimləri iştirak etsə də, Rejissorlar Gildiyasının sədri, Xalq artisti Eldar Quliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Yazıçılar İttifaqının sədri Anar Rzayev iştirak etməyib.

Ölkə.az saytının yazdığı məlumata görə ittifaqların sədrləri əvvəlcədən konfransı boykot ediblər.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqınnın mətbuat katibi Əli Vəliyev Musavat.com-a bunları deyib:

“Şəfiqə Məmmədova Teatr Xadimləri İttifaqının keçirdiyi konfransın nümayəndəsi deyil. Bundan əlavə, orada heç bir İttifaqın sədri iştirak etməyib, o cümlədən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova”.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR