İnsanlara hürriyət, millətlərə istiqlal!

Sədr hesabat məruzəsinə başladı, jurnalistlər konfransdan çıxarıldı, xalq artistinin boykotu gözlənilir - Foto

1245 22.10.2019 12:15 Mədəniyyət A A

Xəbər verdiyimiz kimi bu gün Teatrlar Xadimləri İttifaqının 14-cü konfransı başlayıb. Mədəniyyət nazirliyinin də iştirak etdiyi konfransda Vidadi Qafarov, Hafiz Quliyev və İlham Əsədov komissiya üzvü, konfransı idarə etmək üçün isə professor İlham Rəhimli seçilib.

Daha sonra ittifaqın indiki sədri xalq artisti Azərpaşa Nemətov hesabat məruzəsinə başlayıb. Bu zaman konfransda olan bütün jurnalistlər tədbirdən uzaqlaşdırılıb.

Konfransın gündəliyində sədrin hesabat məruzəsi, təftiş komissiyasının hesabatı, mandat komissiyasının məlumatı, çıxışlar, ardınca isə səsvermə yolu ilə ittifaqın yeni sədrinin seçilməsi, yeni sədr tərəfindən İdarə Heyətinin yeni tərkibinin təqdimatı gözlənilir.

Qeyd edək ki, ittifaqın üzvü xalq artisti Şəfiqə Məmmədova, xalq artisti, rejissor Eldar Quliyev iştirak etmir. Ölkə.az saytının yazdığına görə xalq artistləri seçkinin qeyri-şəffaf keçirilməsinə etiraz edərək, konfransı boykot ediblər. Bu dəqiqələrdə tədbirdə iştirak edən digər xalq artisti, öz namizədliyini irəli sürən Afaq Bəşirqızının da konfransı boykot edəcəyi deyilir.

Xalq artisti bu barədə Musavat.com-a danışıb:

"Hələ ki, hər şeyi müşahidə edir gözləyirəm. Öz sözümü deyəcəm və istərdim ki, bütün jurnalistlər həmin zaman zalda olsun. Hər halda, sonra nə baş verəcək, onu gözləyək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR