İnsanlara hürriyət, millətlərə istiqlal!

Sedat Pekerdən Bakıdakı mitinqlərlə bağlı açıqlama: “Azərbaycanı xaosa sürükləmək istəyirlər....”

6400 31.10.2019 20:05 Gündəm A A

Türkiyənin tanınmış iş adamı, yeraltı dünyanın (mafiya) lideri Sedat Peker sosial şəbəkədəki hesabında Azərbaycanda baş verən küçə aksiyalarına münasibət bildirib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Peker Bakıdakı son hadisələrin "imperialist düşmən qüvvələr" tərəfindən təşkil olunduğuna iddia edib, hər kəsi ayıq olmağa çağırıb. O, deyib ki, lazım olsa, bütün dünyadakı türklər birləşib Azərbaycan dövlətini və İlham Əliyevi qoruyacaq.

Sedat Pekerin sözügedən açıqlamasını təqdim edirik:

“İmperyalizmin asılılığına qarşı mübarizə aparan şanlı ölkəmizə dəstək verən qardaş Azərbaycanın küçələrinin qarışdırılmasını sizlərdən gözləmirik.

Sözü uzatmadan söyləmək lazımdır ki, bu hadisələr də Azərbaycan dövlətinin "Gezi olayları"dır. Yaxşı niyyətlə haqqını tələb etmək üçün yola çıxanlar bəhanə edilib bütün Azərbaycanı xaosa sürükləməyə çalışmaqdır. Azərbayanda bir neçə ay əvvəl qazilərimizə qarşı edilən xoş olmayan davranış səhv idi. Ancaq o səhvin məsuliyyəti ilə yola çıxıb ölkəni xaosa sürükləməyə çalışmaq, heç kimin xətrinə dəyməsin, məncə xainliyə bərabərdir. Haqqını tələb etmək üçün yola çıxdığını söyləyən saf qardaşlarımız, bu yalana inanmağa davam etsəniz, haqq tələb edəcəyiniz bir ölkənizin belə qalmayacağı, imperialistlərin oyuncağı olacağınızı görürsünüzmü?

Azərbaycanda yaşayan bütün qardaşlarıma səslənmək istəyirəm. Bütün hər kəs Azərbaycanda tərtib olunan bu oyunun parçası olmağı qəbul etsə də, tarixdə Difai təşkilatını qurub, vətənin müdafiəsinə qalxan Gəncə milliyyətçiləri ilə birlikdə bütün dünyadakı türk milliyyətçiləri, həm Azərbaycan dövlətini, həm də onun imaməsi sayılan İlham Əliyevi ölümləri bahasına qoruyacaqlar. Azərbaycanlı milliyyətçi qardaşlarımız bunu unutmasınlar ki, təsbeh imaməsi itəndə dağılır”.

Xəbərin mənbəyi:

https://www.sondakikaturk.com.tr/gundem/sedat-peker-azerbaycan-i-kaosa-suruklemek-istiyorlar-h152778.html?fbclid=IwAR0pfTqvo3IpQ7TJgzdKCHOWjei38nsqF6DIryk6s2KILEWirkbu1HO32Kw)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR