İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkilərdə qalib gələn Makron rəhbərlik etdiyi siyasi təşkilatın adını dəyişir

492 06.05.2022 18:12 Son xəbər A A

Fransa prezidenti Emmanuel Makronun lideri olduğu “İrəli, Respublika” hərəkatının adını dəyişir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “France Bleu” portalı məlumat yayıb.

Partiyanın əsas funksionerlərindən Stanislav Gemininin sözlərinə görə, bundan sonra təşkilat “Dirşəliş” deyə adlanacaq.

“Bu gün biz “İrəli, Respublika!” hərəkatını yenidən dirçəldirik. 6 il bundan öncə prezident Emmanuel Makron tərəfindən qurulan bu hərəkat bundan sonra əsl siyasi partiyaya çevriləcək”,-deyə fransız siyasətçi bildirib.

S.Gemini partiyanın 5-ci respublikanın prinsiplərinə və prezidentin iradəsinə sadiq qalacağını və Avropa dəyərlərini mühafizə edəcəyini bildirib. Bundan başqa sağ mərkəzçi “Horizons” və “MoDem” partiyalarının da qarşıdan gələn parlament seçkilərində hakim siyasi qüvvə ilə birlikdə koalisiyada iştirak edəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR