İnsanlara hürriyət, millətlərə istiqlal!

“Seçkilərdə müsəlmanlar da iştirak etməlidirlər” - Avropa Birliyi

612 10.11.2015 17:52 Dünya A A
Myammar Respublikasından Nobel mükafatı alan müxalif lider Aung San Suu Çii ölkəsində noyabrın 8-də keçirilən seçkinin ədalətli olmasa da, müstəqil bir şəkildə təşkil olunduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə müxalif lider “BBC”-yə verdiyi açıqlama zamanı bildirib.

Suu Çii verdiyi açıqlamasında seçkilərdə rəhbərlik etdiyi Demokratiya üçün Milli Birlik Partiyasının parlamentdə əksər yerlərə sahib olduğunu bildirib.

Partiyanın sözçüsü Win Htein isə seçki komissiyasının nəticələri qəsdən gecikdirdiyini bildirərək, “Seçkinin nəticələrinə hiylə qatmış da ola bilərlər” deyə vurğulayıb.

Avropa Birliyinin müşahidəçiləri isə seçkilərdə qadınların və müsəlmanların daha çox iştirak etməli olduqlarını bildiriblər.

Aygün SƏFƏRLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR