SEÇKİ SAXTAKARLIĞI MÜXALİFƏTİ BİRLƏŞDİRDİ
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, seçkidə iştirak edən partiyaların əksəriyyəti seçkinin total saxtakarlıqla keçdiyini və bu cür seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Bir çox partiyalar ölkədə yeni seçkilərin keçirilməsini tələb eləyiblər: “Biz fikirləşdik ki, əgər əksər partiyalar bu cür bəyanatlar veribsə, bunu birgə bəyanatla da ictimaiyyətə təqdim etmək düzgün olar. Ona görə də dünən (srağagün-red.) axşam sürətli ikitərəfli və çoxtərəfli məsləhətləşmələrdən sonra birgə bəyanat hazırlandı və imzalandı. Bəyanat digər siyasi qüvvələr və hətta ayrı-ayrı namizədlər üçün də açıq olacaq”.
Mətbuat konfransında çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, 7 noyabr parlament seçkiləri indiyə qədər keçirilmiş bütün seçkilərdən daha saxta olub: “Hamımızı narahat edən başqa bir tendensiya da çox açıq şəkildə görünür. Son parlament və prezident seçkilərində seçici iştirakı ən az müşahidə olunub. Deməli, Azərbaycan xalqı dəfələrlə saxtalaşdırılması nəticəsində seçkiyə inamını itirib. Beləliklə, Azərbaycanda hakimiyyətin seçkidən-seçkiyə hansısa təkamül yolu ilə demokratikləşmə istiqamətində addım atacağı ilə bağlı kimlərdəsə azacıq ümid var idisə, bu ümidlər də puça çıxıb. Məlum olub ki, Azərbaycan hakimiyyəti birmənalı şəkildə seçkini gözdən salıb. Ona görə də belə bir ümumi qənaətimiz var ki, ölkənin bu gününə və sabahına biganə olmayan bütün siyasi qüvvələr, keçmişdə bir-biri ilə münasibətlərindən asılı olmayaraq bu seçkilərin nəticələrinə prinsipial qiymət verməlidirlər. Ölkədəki siyasi vəziyyəti dəyişməkdən ötrü böyük bir vətəndaş hərəkatına ehtiyac var. Biz hesab edirik ki, seçkilərin ifrat dərəcədə antidemokratik keçməsi Azərbaycan cəmiyyətini silkələməlidir, demokratik potensialı səfərbər etməlidir. Azərbaycanda azad, ədalətli seçkilərə nail olmaq uğrunda yeni bir hərəkata təkan verməlidir”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 7 noyabr seçkiləri ilə Azərbaycan tarixinə rüsvayçı səhifə yazıldığını bildirdi: “Bu seçkilər təkcə saxtakarlıqla deyil, şərəfsizliklə müşayiət olundu. Seçkilərə əhalinin uzağı 15 faizi gəlib. Lakin elə böyük saxta rəqəmlər elan olundu ki, həmin rəqəmlərə diqqət yetirdikdə seçkinin hansı səviyyədə saxtalaşdırıldığını görmək olar. Hakimiyyət bununla təkcə xalqa və daxili siyasi qüvvələrə deyil, bütün demokratik dünyaya meydan oxudu. Lakin hər bir ziyanlı işin də içində bir xeyir ola bilir. Bu seçkilərin saxtalaşdırılması bütün demokratik düşərgə üçün birləşmək stimulu verdi. Müxalifət bu gündən seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı ciddi hərəkata başlamalıdır. Bizim bugünkü bəyanatımız bu istiqamətdə ilk addım hesab olunmalıdır”.
AMİP-in baş katibi Arzuxan Əlizadə bəyan etdi ki, 7 noyabr seçkiləri demokratiya yolunda geriyə atılmış addımdır. Seçkilər saxtalaşdırılıb və nəticələri legitim ola bilməz: “Təkcə seçki günü yox, bütün seçki kampaniyası boyu ən müxtəlif qanun pozuntuları həyata keçirilib. Proses əvvəldən axıradək qanun pozuntuları ilə müşayiət olundu. Seçkiyə çox az sayda seçici gəldi, lakin hakimiyyət şişirdilmiş rəqəmlər elan etdi. Biz partiya olaraq saxta seçkilərin nəticələrini tanımadığımızı bəyan edirik. Bütün müxalifətin bundan sonra birgə fəaliyyət göstərməsinə ehtiyac var. AMİP bu istiqamətdə gərəkən addımları atacaq”.
Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov da seçkinin nəticələrini tanımadıqlarını bəyan etdi: “Bu seçkilər ilk gündən total qanun pozuntuları və saxtakarlıqlarla aparıldı. Demokratik düşərgənin namizədlərinə seçki kampaniyası dövründə də ciddi təzyiqlər edildi. Seçki günü isə qanunsuzluq və saxtakarlıq pik həddə çatdı. Biz tələb edirik ki, seçkinin nəticələri ləğv olunsun”.
“ReAL” hərəkatının həmtəsisçisi İlqar Məmmədov bəyan etdi ki, 7 noyabr parlament seçkisini qeyri-legitim edən təkcə onun saxtakarlıqla keçirilməsi deyil, həm də seçicilərin iştirak səviyyəsinin aşağı olmasıdır: “Seçkidə seçicilərin çox cüzi hissəsi iştirak edib. İnsanların seçkiyə az gəlməsindən istifadə edən hakimiyyət nəticələri daha total saxtalaşdırdı. Azərbaycan hakimiyyəti ilə xalq arasında uçurum daha da dərinləşib. Hakimiyyət Rza şah Pəhləvinin yolunu gedir. Azərbaycanda İran ssenarisinin təkrarlanması təhlükəsi görünür”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, seçkinin bu cür keçirilməsi hakimiyyətin mahiyyətindən doğur: “Hakimiyyət heç vaxt demokratik seçki keçirməyəcəyini bir daha açıq şəkildə ortaya qoydu. Müxalifət olaraq biz bundan sonra öz problemlərimizin fərdi şəkildə həlli uğrunda mübarizə aparmamalıyıq. Biz bundan sonra birgə mübarizəyə başlamalıyıq. Faktiki olaraq hakimiyyət milli-demokratik dəyərlərin daşıyıcıları olan qüvvələrin heç birini parlamentə buraxmadı. Parlamentə müxalifət adı altında sınmışları, əyilmişləri, kukla müxalifətini buraxdı. Hakimiyyət seçkidə on minlərlə vətəndaşı zorla öz cinayətinə şərik etdi. Ölkənin fəlakətdən xilas edilməsi uğrunda hamımızın birgə hərəkət etməsinə ehtiyac var”.
Daha sonra birgə bəyanat təqdim edildi. Bəyanatda 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı seçkiqabağı demokratik şəraitin, seçki kampaniya dövründə bərabərhüquqlu rəqabət imkanlarının olmadığı bildirilir: “Sərbəst toplaşmaq, söz və mətbuat, ifadə azadlığının, o cümlədən seçki kampaniyası dövründə təbliğat və təşviqat imkanlarının məhdudlaşdırılması seçkinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Seçki prosesinin bütün mərhələləri kütləvi qanun pozuntuları ilə keçirildi. Administrativ resurs hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldildi. İcra strukturları, hüquq-mühafizə orqanları qeyri-qanuni olaraq seçkilərin gedişinə zorakı müdaxilə etdi. 7 noyabr seçkiləri azad, ədalətli, bərabər, şəffaf seçkilər olmadı. Həmçinin səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırıldı. Bu səbəblərə görə hesab edirik ki, 7 noyabr seçkilərinin rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmir. Beləliklə, bu seçkinin nəticələri tanına və bu seçkilər vasitəsilə formalaşdırılan parlament legitim sayıla bilməz”.
Bəyanatı imzalayan siyasi partiyalar və birliklər 7 noyabr Milli Məclisə seçkilərin nəticələrini tanımadıqlarını bəyan edir və bu nəticələrin ləğv edilməsini və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər: “7 noyabr seçkiləri göstərdi ki, İlham Əliyevin komandası demokratik islahatlar yolu ilə təkamül potensialına malik deyildir. 7 noyabr seçkilərindən sonra real müxalifətin parlamentdə təmsil edilməsinin qarşısının qanunsuz yolla alınması ilə xarakterizə edilən yeni siyasi situasiyada demokratiya uğrunda ümumxalq hərəkatını təşkil etmək, demokratik qüvvələrin və onların sosial bazasının inteqrasiyası, siyasi fəallığın yüksəldilməsi, beynəlxalq demokratiyanın dəstəyinin qazanılması müxalifətin və ölkənin digər mütərəqqi qüvvələrinin prioritet fəaliyyət istiqamətlərini təşkil edəcəkdir”.
Bəyanatı imzalayan siyasi təşkilatlar və birliklər seçkilərin nəticələrinin ləğvi və ədalətin bərpası naminə yeni seçkilərin keçirilməsi üçün ardıcıl və sistemli iş aparacaqlarını bəyan edirlər. Sənədi Müsavat başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Xalq Partiyası adından Pənah Hüseyn, “ReAL” hərəkatının həmtəsisçisi İlqar Məmmədov imzalayıblar. Bəyanat imza üçün açıqdır. Qeyd edək ki, iki gün öncə “Qarabağ” bloku da seçkinin nəticələrini tanımadığını bəyan etmişdi.