İnsanlara hürriyət, millətlərə istiqlal!

"Seçki prosesi ədalətli keçirilib" - AİPA ASEAN İnter Parlamentary Assembly

447 08.02.2024 09:46 Siyasət A A

"AİPA ASEAN İnter Parlamentary Assembly"nin üzvləri növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrin nəticəsini ictimaiyyətə açıqlayıb. 

Musavat.com xəbər verir ki, təşkilatı təmsil edən 3 nəfərlik qrup Laosdan gəlib.

Heyət rəhbəri Sanya Praseut ölkə rəhbərliyinə, MSK-a, parlamentə yaradılan şəraitə görə təşəkkür edib.

S.Praseutun sözlərinə görə, heyətin ümumilikdə 7 seçki  məntəqəsində seçki başlayandan seçki bitənə qədər bütün prosesi izləmək imkanı olub: "O cümlədən səslərin sayılması prosesində də iştirak etdik. Heyətin müşahidəsinə əsasən seçki şəffaf keçirilib. Hər hansı narahatlıq müşahidə  etməmişik. Seçki prosesi ədalətli keçirilib. Siyasi partiyaların sərbəst iştirakı təmin edilib. Müşahidəçilər bütün prosesi rahat izləyə biliblər. Səslərin hesablanması effektiv mexanizm sayəsində uğurla tamamlanıb. Yekun qərarımız ondan ibarətdir ki, seçkinin şəffaf keçirilməsi təmin olunub. 

Bütün Azərbaycan xalqını uğurlu seçki münasibətilə təbrik edirik".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR