İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki prezident partiyasını önə çıxardı

416 12.07.2021 12:22 Dünya A A

Moldovada iyulun 11-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, prezident Mayya Sanduya dəstək verən Hərəkət və Həmrəylik Partiyası 52,5% səslə önə çıxıb.

101 nəfərlik parlamentə kommunist və sosialistləri birləşdirən blokun 27,3%, Şor Partiyasının 5,7% səslə düşdüyü bildirilir.

Seçki yarışına 20 siyasi partiya, 2 blok, 1 müstəqil namizəd qatılıb. Parlamentə düşmək üçün partiyaların azı 5%, blokların 7%, müstəqil namizədlərin 2% səs toplaması tələb olunub.

Moldova parlament respublikasıdır. Ölkədə hökuməti qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan siyasi qüvvə qurur.

Növbədənkənar parlament seçkisinə dövlət başçısının təşəbbüsü ilə gedilib.

1972-ci il təvəllüdlü Mayya Sandu 2020-ci il noyabrın 15-də Hərəkət və Həmrəylik Partiyasının lideri olaraq Moldova prezidenti seçilib. O, 2012-2015-ci illərdə maarif naziri, 2019-cu ilin iyun-noyabr aylarında baş nazir postunu tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR