İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

219 07.02.2020 11:30 Ölkə A A

Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. "Hər bir çağırışa çevik cavab veriləcək", - TƏBİB-dən əlavə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR