İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəbnəm xarici ölkə mətbuatında: "O, "Azərbaycanın Sibel Canıdır"" - FOTOLAR

3147 25.03.2019 21:42 Şou-biznes A A

Türkiyə mətbuatı müğənni Şəbnəm Tovuzludan yazıb.

Son günlər gündəmdən düşməyən tanınmış müğənni artıq xarici mətbuatın da diqqətini çəkib.

Musavat.com xəbər verir ki, "Azərbaycanın Sibel Canı" adlandırılan Şəbnəmə təriflər yağdırılıb.

"Ötən il çıxardığı "Xəstəyəm" adlı mahnı ilə diqqət çəkən azərbaycanlı sənətçi Şəbnəm Tovuzlu yeni mahnısı "Unutmadınmı?" ilə gündəmdədir.

Klipi ilə ölkəsində rekord qıran Tovuzlu xarici görünüşü və səsiylə "Azərbaycanın Sibel Canı" olaraq tanınır. Türkiyənin sənətçilərini yaxından izlədiyini deyən Şəbnəm bildirib ki, ən çox sevdiyi müğənni səsi və səhnədəki davranışı ilə Sibel Candır.

O Türkiyədə də mahnılarının sevilməsini istəyir" - deyə, qardaş ölkə mətbuatı yazıb.

Qeyd edək ki, Tovuzlunun "Unutmadınmı?" klipi 1 aya 6 milyon izlənib.

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR