İnsanlara hürriyət, millətlərə istiqlal!

Sayı sürətlə azalan, canavarlarla dünyanın bir ucunda yaşayan türk tayfası...

1122 22.10.2019 18:32 Maraqlı A A

Türkcə danışan duxa qəbiləsi Monqolustanın Sayan dağlarında şimal maralı və canavarlarla birgə yaşayır. Sayı artıq 500-ə enən duxa tayfası meşələrdən qida toplayaraq, ovunu paylaşaraq yaşayır. Bu tayfanın əsas özəlliklərindən biri ailə rəisinin qadın olmasıdır. 

Doğrudur, əslində bu cür tayfalar Asiyanın bir çox bölgəsində var. Lakin duxaların digər köçmə tayfalar ilə fərqliliyi mal-qara, keçi, at yerinə şimal maralı bəsləməsi və canavarlarla birgə yaşamasıdır. 

Bəzən bu tayfaya Tsaatan da deyilir. Bunun isə səbəbi var. Belə ki, Monqolustanda suxalardan başqa şimal maralı bəsləyən bir toplum yoxdur. Monqol dilində Tsaatan sözü də “şimal maralı adamı” mənasını verir. 

Tayfa üzvləri şimal maralının südündən istifadə edir, ova gedəndə at əvəzi minir. Yalnız çox çətin duruma düşdükdə maralı ət ehtiyacı üçün kəsirlər. Bu tayfa əsasən digər heyvanları ovlamaqla və meşədən bitkilər toplamaqla qidalanır. 

Adəti üzrə ova kişilər gedir. Ovlanan heyvan bütün ailələr arasında bölüşdürülür hətta ailədəki kişi bu ova qatılmasa belə. 

Maraqlıdır ki, bu tayfada lider yoxdur. Toplumda hər kəs eyni hüquqlara malikdir. Bu tayfada ana ailə rəhbəridir. Bu baxımdan ailə rəisi qadın hesab olunur. 

Duxalar kimi dünyada bir çox tayfalar fərqli yaşam tərzi sürür. Onlardan biri də kamayuralardır. Bu tayfa Kuluene çayından 4 km aralıqda yerləşən İpavu gölü ətrafında yaşayır. Tayfa böyük ağacların dəliklərində yaşayır, demək olar ki, bütün günlərini suyun altında və yaxud şəlalə kənarında keçirirlər. 

Piraha qəbiləsi. Məlum olduğu kimi Braziliyada çoxlu sayda kiçik qəbilələr var. Lakin piraha qəbiləsi onların hamısından, həmçinin yer üzündəki digər insanlardan çox fərqlənir. Bu fərqlilik onların dilləri və mədəniyyətləri ilə bağlıdır. Belə ki, tayfa sakinləri müxtəlif səslər çıxararaq danışır, say və keçmiş zamanla bağlı heç bir kəlmədən istifadə etmir. Tayfa xarici aləmlə heç bir əlaqəsi olmadığından yüz illər boyunca dəyişmədən yaşayır.

El molo qəbiləsi. Kenyanın qədim qəbiləsi ölkədəki ən kisik qəbilədir və bu qəbilə hər zaman təhditlə üz-üzədir. Adətən ətraf qəbilələrin tez-tez təcavüzlərinə tuş gəlir. Qəbilə həyatda qalıb, yaşamaq üçün yalnız balıq və su canlılarını ovlayır. 

Xalidə Gəray,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR