İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta alkoqollu içki faciə yaşatdı:28 nəfər xəstəxanalıq oldu

875 25.02.2019 19:52 Dünya A A

Cənubi Azərbaycanın şərqində yerləşən Əhər şəhərində saxta alkoqollu içkilər qəbul edən 28 nəfər zəhərlənib.

Bu barədə Təbrizin Tibbi Elmlər Universiteti informasiya yayıb.

Universiteton rektor müavini Höccət Purfəthi jurnalistlərə açıqlamasında bildirib ki, kustar üsulla (əldəqayırma) hazırlanmış alkoqollu içkilərdən istifadə edənlər 19-50 yaş arasındadır: "Zəhərlənənlər Təbrizin Sina xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin səhhəti çox ağırdır. Onlar görmə qabiliyyətlərini itirə, ölüm təhlükəsi ilə üz-üzə qala bilərlər. Zəhərlənənlərin əksəriyyəti isə Əhərin Vərgəhan kəndinin sakinləridir. Onlardan biri artıq komaya düşüb”- deyə Höccət Purfəthi əlavə edib.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içikilər qəbul edən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılmışdı./publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR