İnsanlara hürriyət, millətlərə istiqlal!

“Savalan”a çıxmaq istəyən azərbaycanlılar saxlanıblar

1150 17.08.2014 23:14 Son xəbər A A
İranın Kəşfiyyat İşləri üzrə Nazirliyə (ETTELAAT) bugünlərdə Ərdəbildə Savalan dağına dinc yürüş etmək istəyən onlarla azərbaycanlı fəalı həbs edib. 


Azadlıq Radiosuna xəbər verir ki, bu barədə “southernazerbaijan.com” saytı məlumat yayıb. 

Sayt avqustun 15-də yaydığı məlumatda saxlanan fəallarının bəzilərinin adları verib. Onlar  Hasan Jolani, Mesam Jolani, Jafar Rostami, Habib Negahban, Farhad Aslani,  Rahim Gulami, Said Hoseini, Isa Azizi, Sejjad Ibrahimpur, Ali Jolani, Aidin Zaker, Hamid Quti, Reza Quti-dir. 

Savalana yürüş edərkən tutulanların ETTELAAT-ın Meşkinşəhrdəki mərkəzində saxlandığı və onlara fiziki və psixoloji işgəncələr verildiyi bildirilir. Azərbaycanlı fəallar İslam rejiminə qarşı qanunsuz toplanma və təbliğatın təşkilində ittiham olunurlar.

Hələlik İranın rəsmi qaynaqlarından bu hadisə barədə bir məlumat verilmir. 

İrandakı azərbaycanlılar arasında Savalan dağı müqavimət simvolu hesab olunur. Fəallar hər il həmin dağa toplaşıb milli azadlıqlar tələb edən şüarlarla mitinq keçirilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR