Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sentyabr ayından bu ilin mart ayına kimi şəhər ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Əşrəf Qəniyev saxlanılıb.
ARB TV xəbər verir ki, araşdırma zamanı Qəniyevin ümumilikdə altı çay evi, bir market və 3 fərdi yaşayış evindən pul, elektrik naqili, təmir-tikinti alətləri, tütün məmulatları, televizor və kondisionerlər oğurlaması müəyyən edilib.
Əşrəf Qəniyev - Saxlanılan şəxs: "Plazma televizor götürmüşəm. Ayrı-ayrı çay evinə girib götürmüşəm. Satmamışam. Qoymuşam evə".
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.






