İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: “Ermənistanın təhlükəsizliyinin gələcəyi Rusiya və İranla sıx ittifaqdadır”

517 28.12.2023 17:22 Siyasət A A


“Ermənistanın təhlükəsizlik sektorunun gələcəyi Rusiya və İranla sıx müttəfiqlikdən keçir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının idarəçilərindən olan Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov yazıb.

İstər Avrasiya İqtisadi ittifaqı, istərsə də MDB-yə üzv ölkələrin rəhbərlərinin Sankt-Peterburqda keçirilən görüşü, istərsə də yüksək rütbəli iranlı diplomatın Ermənistana səfəri göstərdi ki, regional qüvvələr Cənubi Qafqazda aparıcı rol oynamağa başlayır.

Qərb bunu istəmir, amma bu reallıqla hesablaşmalı olacaq.

Paşinyanın Qərblə bağlı təhlükəsizlik hesablamaları növbəti dəfə baş tutmadı.

Qərb formatı Qarabağın Azərbaycana təslim olmasını Praqada keçirdi və rəsmiləşdirdi, lakin əvəzində Ermənistana hətta primitiv təhlükəsizlik zəmanəti vermədi.

Beləliklə, regional aktyorlar - Rusiya, İran və Türkiyə oyunu öz əllərinə alırlar.

İlk iki ölkə bizim təbii müttəfiqimizdir, sonuncu isə bizim üçün təhlükədir.

Ona görə də anlamaq lazımdır ki, yalnız Moskva və Tehran Ermənistanın təhlükəsizlik sahəsində gələcəyinə zəmanət verəcək”,-deyə Şarmazanov yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR