İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel və İlham Əliyev Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasını müzakirə edib

1164 14.03.2022 17:00 Gündəm A A

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqazda post-münaqişə dövrünü müzakirə edib.

Musavat.com xəbər verir ki, müzakirə Ş.Mişelin Prezident İlham Əliyevlə telefon söhbəti zamanı baş tutub.

Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Qeyd edək ki, martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR