Sarkozinin xanımının fotolarına baxmaq istəyənin başına gələnlər...
Çinli xakerlər bu dəfə də eks Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Brunidən istifadə edərək, bəzi Avropa Biriliyi ölkələrinin Maliyyə Nazirliklərinə hücum etdikləri məlum olub.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-ın öndə gedən proqram şirkətlərindən Fire-Eyenin son hesabatına əsasən, 2011-ci ildə Parisdə davam edən zirvə görüşündə AB ölkələri maliyə nazirliklərinə Kiber hücum təşkil olunmuşdu. Hücumun Çindən qaynaqlandığını ifadə edən hesabatda xakerlər "Karla Bruninin çılpaq şəkilləri üçün daxil olun" başlıqlı e-maillərlə nazirliklərin diqqətini çəkib.
Bu e-mailləri acan nazirlik işçiləri casus virusun aktiv olunmasina şərait yaratdığından, xakerlər naziriyin məlumatlarını rahatca aldə edə bilib.
FireEye iddia edir ki, G-20-i zirvəsində də rahat durmayan xakerlər eyni virusu yenə işə salıb. Bu dəfə "ABŞ-in Suriya əməliyyatı necə nəticələnəcək" başlıqlı e-maillərlə virusu yayıblar.






