Qeyd edək ki, Bayon şəhəri Fransanın basklar yaşayan bölgəsidir.
Hadisə ilə bağlı yerli mediaya müsahibə verən Sarkozi bildirib ki, çox güman ki, etirazlar Sosialist Partiyası tərəfindən təşkil olunub. Onun sözlərinə görə, Sosialist Partiyası görüşlərin dayandırılması üçün bölücü bask qüvvələri ilə əlbir olub.
"Onlar bununla nəyə nail olmağa çalışırlar? İstəyirlər ki, təşviqat kampaniyasını dayandırım? Əlbəttə, cənab Olandın rəqiblərini görməyə gözü yoxdur. İndi də istəyirlər ki, bu yolla görüşlərin keçirilməsinə əngəl olsunlar. Terrorçu qrupların və milli azlıqların zorakılıqları məni fikrimdən daşındıra bilməz" - deyə Sarkozi fikirni ifadə edib (anspress).






