“SARKOZİ AÇIQ-AŞKAR ERMƏNİPƏRƏSTDİR”
Bunu Sarkozinin Azərbaycana səfərinin məqsədini, bu səfərin proseslərə təsirini şərh edən politoloq Qabil Hüseynli dedi. O bildirdi ki, Sarkozi sadəcə seçkilər öncəsi ölmüş reytinqinin “dirildilməsi” üçün bu siyasəti aparır: “Qafqaza səfəri də bu qəbildən olan addım idi. 2012-ci ildə Fransada prezident seçkiləri keçiriləcək. Lakin Sarkozinin reytinqi onunla rəqib ola biləcək adamlarla müqayisədə qat-qat aşağıdır. Onun Ermənistandakı açıqlamaları, qondarma erməni abidəsini ziyarət etməsi, Dağlıq Qarabağ erməniləri haqda ”onların azadlığa qovuşmaq haqqı var" kimi ifadələri onu göstərir ki, Sarkozi ermənipərəst mövqeyini indiyə qədər açıq büruzə vermirdisə, indi artıq aşkar surətdə ermənipərəst mövqeyə keçib. Hətta Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Ankaraya ultimativ xarakterli müraciət də edib. Ən başlıcası odur ki, guya bu adam bura Qarabağ məsələsinin həlli, Nabucco kəmərinin reallaşmasına nail olmaq üçün gəlirdi. Amma birdən-birə əsas məsələləri kənara qoyub ermənipərəst mövqe sərgiləməklə işlərini həyata keçirməsi ya qeyri-ciddilikdən irəli gəlir, ya da təpədən-dırnağa qədər ermənipərəst mövqedə olan adamın özünü açıb göstərməsi kimi başa düşülür".
Q.Hüseynli dedi ki, Sarkozinin açıqlamaları onun Qarabağ probleminin mahiyyəti barədə kifayət qədər təsəvvürə malik olmadığını göstərir: “Yox, əgər təsəvvürə malikdirsə, onda belə çıxır ki, ikili yanaşmadan və xristian təəssübkeşliyindən uzaqlaşıb obyektiv mövqe sərgiləyə bilmir. Adam Gürcüstanda gedib dolayısı ilə işğalçılıq əleyhinə keçirilən mitinqin qarşısında çıxış edir, Ermənistanda isə Qarabağ ermənilərinin ”azadlıq haqqı"ndan danışır. Azərbaycana gələndə isə bizim ərazi bütövlüyümüzün toxunulmazlığından, ərazilərimizin işğal olunmasından danışmaq əvəzinə qeyri-müəyyən bir aspektdən çıxış edir. Problemlə bağlı isə status-kvoya diqqəti yönəldib, kompromisin zəruriliyi haqda danışıb, sülh haqda Şarl de Qoldan sitat gətirib. Cənab Sarkozi yaranmış vəziyyətlə əlaqədar paralellər aparanda da ciddi yanlışlıqlara yol verib. Bəlkə də qəsdən belə edib. Absurd kompromisdən, sülhdən danışmaq, yeni sərsəm ideyalar söyləmək onun diplomatiyada elə də səriştəli olmasına dəlalət etmir. Sarkozi əli Azərbaycan xalqının qanına batmış cinayətkar Ermənistan rejimi ilə qol-boyun olub. Sarkozi bunu etməməli idi".
N.Sarkozinin səfərinin demokratiya və insan haqları sahəsində gedən proseslərə hər hansı bir təkan verəcəyinə ümid etməyən Q.Hüseynli Fransa prezidentinin bu haqda ümumiyyətlə danışmadığını dedi: “Bu səfər sırf onun özünün reytinqini yüksəltmək cəhdi idi. Onun səfərini faydalı saymaq çox çətindir”.