İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sarı jiletlilər”in Prezidentin yay iqamətgahına doğru hərəkətinin qarşısı alınıb

482 28.12.2018 18:33 Dünya A A

Fransadakı “Sarı jiletlilər” hərəkatının iştirakçısı olan 40 nəfərlik qrupun ölkə Prezidentinin Var departamentində - Aralıq dənizi sahilindəki yay iqamətgahı olan Breqanson qalasına yaxınlaşmaq istəyərkən asayiş keşikçiləri tərəfindən qarşıları kəsilib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl Var departamentində “Sarı jiletlilər”in yenidən mitinqlərə başlamasına çağırışlar sosial şəbəkələrdə yayılmışdı.

Xatırladaq ki, “Sarı jiletlilər” hərəkatı 17 noyabr tarixindən Fransada yanacağın bahalaşmasına qarşı kütləvi etiraz aksiyaları keçirir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR