İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda güclü partlayış: jurnalist öldü, çox sayda yaralı var - YENİLƏNİB VİDEO

2498 02.04.2023 22:48 Hadisə A A

Rusiyanın Sankt-Peterburq şəhərində hərbi jurnalist Vladlen Tatarskinin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən partlayışla bağlı istintaqın ilkin ehtimalı məlum olub.

APA-nun Rusiya bürosu RBK-ya istinadən xəbər verir ki, ilkin versiyaya görə, partlayıcı qurğu məsafədən işə salınıb. Partlayışın təşəbbüskarının qız olması da ehtimallardan biridir. Qətlin arxasında başqa şəxslərin də olması istisna edilmir.

Hüquq-mühafizə orqanlarındakı mənbə nəşrə partlayışın baş verdiyi tədbirdən qabaqcadan xəbərdar olduğunu söyləyib.

Vladlen Tatarskiyə sui-qəsdin hazırlanması barədə məlumat Rusiya xüsusi xidmət orqanlarına çoxdan məlum olub. Tatarski həmçinin “Mirotvorets” məlumat bazasına daxil edilib.

Qeyd edək ki, aprelin 2-də axşam saatlarında Universitetskaya sahili, ev 25 ünvanında yerləşən kafedə partlayış olub.

Hadisə nəticəsində bir nəfər ölüb, 25 nəfər yaralanıb. Əldəqayırma partlayıcı qurğunun Vladlen Tatarskiyə hədiyyə edilən heykəlciyin içinə yerləşdiriildiyi güman edilir.

Rusiya İstintaq Komitəsi tərəfindən faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Sankt-Petereburqda kafedə baş verən patlayışda 25 nəfər xəsarət alıb.

Rusiya DİN-in xəbərinə görə, 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.

***

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

“Report”un məlumatına görə, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub. Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR