İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Şərifov: “Manatın kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə, ixraca mənfi təsir göstərir”

1337 06.12.2018 08:30 İqtisadiyyat A A

Qubad İbadoğlu: “Azərbaycan həqiqətən də bahali, lakin keyfiyyətsiz və təhlükəli malların idxalı üçün cəlbedici ölkəyə çevrilir”

Maliyyə naziri Samir Şərifov Azərbaycan manatının möhkəmlənməsinin iqtisadiyyata təsirləri barədə danışıb. Onun dediyinə görə, “manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir”.

Nazir bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək: “Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu, xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”.

Maliyyə nazirinin dediklərini bir çox ekspertlər hökumətin manatın məzənnəsində dəyişikliyə getmək planı barədə xəbərdarlıq kimi qiymətləndiriblər. İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, S.Şərifovun manatın möhkəmlənməsinin mənfi təsirlərini qabartması təsadüfi deyil: “Birincisi, qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir. Əslində bu, xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfert olunacaq. Bilirsiniz ki, Neft Fonduna vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa, fonddan transfert 6 milyard 685 milyon dolların (11.364 milyon manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 manat deyil, gələn il orta hesabla, 1.8 manata qədər ucuzlaşarsa, onda Neft Fondunun büdcəyə transferti 6 milyard 313 milyon dollar, 1.9 manata qədər ucuzlaşarsa, 5 milyard 981 milyon dollar, 2 manata qədər ucuzlaşarsa 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir”.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, Azərbaycan həqiqətən də bahali, lakin keyfiyyətsiz və təhlükəli malların idxalı üçün cəlbedici ölkəyə çevrilir: “Manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempinin aşağı düşməsində əhəmiyyətli rol oynayır.  Bir sözlə, maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir.  Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, ilin sonu valyutaya tələbat artır. Bu baxımdan, Dövlət Neft Fondunun ötən ayda valyuta satışları ilə bağlı açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər”.

DÜNYA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR