İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Şərifov: “2021-ci ildə koronavirusla mübarizə məqsədilə 261 milyon manat vəsait ayrılacaq”

335 24.12.2020 12:00 Son xəbər A A

2020-ci ildə dövlət tərəfindən əhalinin sosial rifahının qorunması, iqtisadiyata dəstək göstərilməsi üçün kompleks tədbirlər həyata keçirilib. Cari ilin sonundaölkədə ÜDM-in 4 faizədək azalması gözlənilir.

Bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov söylədi. Nazirin sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 20,5 faiz, sosial xərclərə 14,1 faiz, məhkəmə hakimiyyətinə 8,1 faiz, təhsilə 8 faiz, kənd təsərrüfatı xərclərinə 5 faiz maliyyə vəsaiti nəzərdə tutulub. Koronavirusla mübarizə məqsədilə 261 milyon manat vəsait ayrılacaq. Məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması üçün 248 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə olaraq 35 milyon manat vəsait nəzərdə tutulub.

Nazirin sözlərinə görə, 2021-ci ildə QHT-lərə, siyasi partiyalara, yaradıcılıq birliklərinə maliyyə yardımının ayrılması, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına dəstək məqsədilə 56 milyon manat vəsait yönəldiləcək.

Növbəti ildə diplomatik nümayəndəliklərin saxlanması üçün 139 milyon manat vəsait ayrılacaq. Bələdiyyələrə 10,7 milyon manatın ayrılması planlaşdırılır.

Dövlət büdcəsinin kəsiri 3, 21 milyard olacaq.

E.Paşasoy,

Musaavt.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR