İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda qəza zamanı yaralananların şəxsiyyəti məlum olub- YENİLƏNİB

2466 01.04.2018 18:01 Hadisə A A

Şamaxıda avtomobilin Məlhəm kəndinin girəcəyindəki məlumat lövhəsinə çırpılması nəticəsində xəsarət alan 4 nəfərdən 3-nün şəxsiyyəti məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Quliyev Elmar Eldəniz oğlu, 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Alışov Samir Fuad oğlu, həmçinin Mustafayeva Pakizə Ədalət qızı və Şitayeva Tavat Mehman qızı xəsarət alıb.

Yaralılardan bir oğlan və iki qızın vəziyyəti ağırdır.

***

Şamaxı. 1 aprel. REPORT.AZ/ Şamaxıda yol-nəliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 4 nəfər xəsarət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR