İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutulub

304 27.07.2021 13:40 Kriminal A A


Şamaxı Rayon Polis Şöbəsinə cari ilin iyun ayı ərzində Avaxıl kəndi ərazisindəki istirahət mərkəzindən 6 000 manat dəyərində tikinti materiallarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri N.Cəbiyev, V.Fətəliyev, B.Orucov, K.Kərimov, S.Kərimov və Ə.Səmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR