İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda iki avtomobil toqquşub, iki nəfər ağır xəsarət alıb

699 21.06.2017 11:16 Hadisə A A

Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn “Nissan” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “Nissan”ın sürücüsü, Bakı sakini 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR