SALYANIN QARABAĞLI KƏNDİNƏ QAZ VERİLƏCƏK
Bu barədə “Yeni Müsavat”a sözügedən kəndin sakini Rəcəb bəy məlumat verib. Onun sözlərinə görə, kəndlilərin qazla təmin olunması barədə ölkə rəhbərliyinə məlumat verilib. Prezident İlham Əliyev göstəriş verib ki, kənd dekabra qədər qazla təchiz olunsun.
Məlumatı verən şəxs dedi ki, sabah (bu gün - red.) ARDNŞ-nin «Azəriqaz» İstehsalat Birliyindən 150 nəfər nümayəndənin kəndə gələcəyi gözlənilir. Bu xəbərdən ümidlənən kənd sakinləri “Azəriqaz” İB-dən gələcək nümayəndələrin yolunu gözləyirlər. Onlar qeyd ediblər ki, əgər problem həll olunmasa, aksiyalar davam etdiriləcək.