İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda iki yük maşını toqquşub, 1 nəfər yaralanıb

459 14.10.2015 09:25 Kriminal A A

Salyanda iki "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 1 nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 20-ci kilometrliyində, Xıdırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza nəticəsində sürücülərdən biri - Astara rayon sakini, 1977-ci il təvəllüdlü Seyran Səadət oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərildikdən sonra paytaxta göndərilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR