İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda avtomobil iki piyadanı vurub

775 10.11.2016 20:07 Hadisə A A
Salyan rayonunda piyada ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun verdiyi xəbərə görə, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun yaxınlığında, Qırxçıraq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, iki qadını avtomobil vurub. Hələlik şəxsiyyəti məlum olmayan qadınlardan biri hadisə yerindəcə dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan digər yaralı isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR