SALYAN POLİSİNDƏKİ ÖLÜMLƏ BAĞLI AÇIQLAMA VERİLDİ
DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1962-ci il təvəllüdlü Ələddin Ələsgərovdan narkotik vasitə olan heroin götürülüb. A.Ələsgərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində ona narkotik vasitəni satan şəxsin rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş Vüqar Əzizov olduğu müəyyən edilib. Hər iki şəxs aprelin 14-ü cinayət məsuliyyətinə cəlb edilərək onların barəsində Salyan rayon Polis Şöbəsinin istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi qaldırılıb. Elə həmin gün Salyan RPŞ-də saxlanılan V.Əzizovun səhhəti qəfildən pisləşib və o xəstəxanaya yerləşdirilib. Narkotik vasitələrin asılılığından əziyyət çəkən V.Əzizovun həyatını xilas etmək mümkün olmayıb. O, narkotiklərdən fiziki asılılıq və arterial hematomiyadan dünyasını dəyişib.
O.Mansurzadə baş vermiş hadisə ilə bağlı son günlər ölkə mətbuatında yayılan informasiyaların həqiqətə uyğun olmadığı bildirib.
Umud Rəhimoğlu BMT-nin nümayəndəsi ilə görüşüb
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Təranə Bəşirova ilə görüşüb. Görüş BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisi tərəfindən təşkil olunub.
Bu barədə məlumat verən U.Rəhimoğlu görüşdə əsas məqsədin BAMF ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında mümkün əməkdaşlıq məsələsini müzakirə edilməsi olduğunu söyləyib. O, mümkün əməkdaşlıqdan və BAMF-ın fəaliyyəti haqqında danışıb. Müzakirələr zamanı hər iki təşkilatın nümayəndələri Azərbaycanın ucqar yerlərində icmalar üçün vacib olan müxtəlif proqramlarda BAMF ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlıq edə bilməsi üçün perspektivlər olduğunu xüsusi ilə qeyd ediblər.
Görüşdə BAMF-ın Proqramlar və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Nik Nvolisa da iştirak edib.